Zarina Sərdarın səhnəsində

zarina-serdarin-sehnesinde
Oxunma sayı: 646

25 may tarixində paytaxtın Buta Balace səhnəsində çıxış edəcək ulduzla eyni səhnəni ifaçımız Zarina Məmmədova bölüşəcək. 40 dəqiqəlik konsert proqramı ilə çıxış edəcək Zarina Sərdardan öncə tamaşaçıların qarşısına çıxacaq. Son bir ildə ifa etdiyi mahnılarını səsləndirəcək Zarinanı rəqs qrupu müşayiət edəcək. “Qafqazinfo”ya açıqlamaslında, ifaçı Sərdarla bir səhnə bölüşməyini belə şərh edib: "Sərdar gözəl ifaçıdır. Onunla bir səhnəni bölüşmək mənim yaradıcılığımda böyük bir təkan olacaq. Konsertə ciddi şəkildə hazırlaşıram. Allah qoysa, konsert uğurla baş tutar. Onu da deyim ki, bir çox sürprizlər də hazırlanır".

Xatırladaq ki, Serdarın Bakı konsertinin təşkilatçısı "Səs organization"ın rəhbəri Nahid Emiloğludur. 22 nəfər işçi qrupu ilə Bakıya gələcək müğənnini türkiyəli DJ Uğur da müşayiət edəcək.