Zarina türk rejissora klip çəkdirir

zarina-turk-rejissora-klip-cekdirir
Oxunma sayı: 1458


“Qafqazinfo"nun məlumatına görə, öz komandası ilə paytaxtımıza təşrif buyuran rejissor musiqisi Pərviz Mahmudovun sözləri Aygün İsmayılovaya məxsus olan  “Bir acı” mahnısını ekranlaşdırır. 

“Ssenaridə qarşı cinsin nümayəndəsini görmədim. Bütün sevgidən bəhs edən kliplərdə bir oğlan və bir qız olur. Eyni ssenaridə çəkmək istəmədim. Bu klipdə bir gənc qızın acısını göstərdim. Zarina çox gözəl xanımdır. Mən də onun sadəliyini göstərdim. Ümumiyyətlə, xanımlara klip çəkdiyim zaman çox dəbdəbəli görünüşdən qaçmağa çalışıram. Zarinanın peşəkar stilisti tam istədiyim görüntünü yaratdı. Bir də Zarinanın yaxşı aktrisalıq bacarığı var. Klipdə o, həqiqətən bir acı çəkən qız obrazını göstərə bildi”-, deyə Başbuğ bildirib. 

Zarina isə üç gün davam edən çəkişlərdə yorulsa da, uğurlu iş ərsəyə gətirdiklərini bildirib: 

“Komandam olmasaydı, yəqin çox yorulardım. Bütün gücümü sərf etdim və hələ ki nəticədən razıyam. Klipin bir hissəsi açıq havada hətta qar yağan zaman çəkildi. Geyimim çox nazik olsa da işləmək məni isidirdi. Həm Kamalın heyətindən həm də öz komandamdan çox razıyam”.