Zaur Axundov Rikardinyo ilə dalaşdı - Fotolar

zaur-axundov-rikardinyo-ile-dalasdi
Oxunma sayı: 4089

Bu gün futzal üzrə Avropa çempionatının ¼ finalında Azərbaycan və Portuqaliya milliləri arasında baş tutan matçda insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, epizodların birində yığmamızın üzvü Ramiz Çovdarovla ikili mübarizədə rəqib futzalçı Rikardinyo yerə yıxılıb.

Bu zaman komandamızın digər üzvləri, həmçinin Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov bərk əsəbiləşib və meydançaya doğru yürüyüb.

O, Portuqaliyanın və dünyanın ən güclü futzalçısı hesab edilən Rikardinyo ilə mübahisə edib. Bir-birilə emosional şəkildə dalaşan tərəfləri çətinliklə uzaqlaşdırmaq mümkün olub.

Qeyd edək ki, millimizin 1:8 hesablı məğlubiyyəti ilə başa çatıb.