Zaur Axundov yeni təyinatından danışdı - “Böyük məsuliyyətdir”

zaur-axundov-yeni-teyinatindan-danisdi
Oxunma sayı: 3644

“Bu, mənim üzərimə qoyulmuş böyük məsuliyyətdir. Özümü burada doğrultmaqdan başqa yolum yoxdur. Çalışacam ki, Azərbaycan futbolunda yeri olan “İnter”i daha irəliyə aparam”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında az öncə “İnter”in Müşahidə Şurasının sədri təyin edilmiş Zaur Axundov deyib. 

O bildirib ki, Bakı klubunun beynəlxalq səviyyədə imicini qorumağa çalışacaq: ““İnter” Avropa Liqasına vəsiqə qazanmış klubdur. Komandanın həm Azərbaycanda, həm də beynəlxalq səvviyyədə imici var. Onu qorumaqla yanaşı, əsas məqsəd və hədəfimiz Avropa Liqasında uğurlu nəticəyə imza atmaq olacaq”.

Axundov komandada dəyişiklik olub-olmayacağına da şərh verib: “İlk növbədə klubla tanış olmalıyam. Təməlli iş görmək üçün sıfırdan hər şeyi öyrənmək, dəqiq təhlil etmək lazımdır. Dəyişikliklərlə bağlı hər şeyi zaman göstərəcək”.

Axundov Azərbaycan Futzal Federasiyasındakı fəaliyyətini də davam etdirəcəyini sözlərinə əlavə edib.