Zaur Qurbanlının saxlanma şəraitindən narazılıq var

zaur-qurbanlinin-saxlanma-seraitinden-naraziliq-var
Oxunma sayı: 641

Bu barədə Elitar.Az saytına Zaur Qurbanlının anası Səkinə Qurbanova məlumat verib: “Zaur bronxitdir. Onda dayanmadan asqırma halları olur. Məhbuslarla heç bir problemi yoxdur. Əksinə onlar Zaurun xətrini çox istəyirlər. Ancaq siqaret çəkildiyi üçün Zaurun səhhətində problemlər yaranır. Sadəcə 6 nəfər nəzərdə tutulan kameraya 10 nəfər salıblar. Bir müddət bundan əvvəl onların kamerasında 8 nəfər idilər. Biz şikayət edəndən sonra 2 nəfər də əlavə ediblər. Siqaret çəkilən yerdə də Zaurun asmatik tutmaları olur. Heç kəsdən narazılıq yoxdur. Ona münasibət yaxşıdır. Sadəcə dustaqlar da ona görə narahat olur və az siqaret çəkirlər. Halbuki Zauru siqaret çəkilməyən kameraya salsalar, yaxud kamerada sayı nəzərdə tutulmuş qədər məhbus saxlanılsa yaxşı olar. Zaurun səhhətində problem yaranması bir ana kimi mənə çox ağırdır. Əgər oğlumu öldürmək istəyirsinizsə deyin biz də bilək. Oğlumu qanunsuz da olsa azadlıqdan məhrum etmisiniz, ancaq onun yaşamaq hüququ var axı”.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının 7 üzvü həbs olunub. Beynəlxalq təşkilatlar gəncləri vicdan məhbusu elan edib və onların dərhal azadlığa buraxılmasını tələb edir.