Zaur Ramazanova görə “Xəzər- Lənkəran”a cərimə

zaur-ramazanova-gore-xezer-lenkerana-cerime
Oxunma sayı: 634

“Qafqazinfo” xəbər verir ki, Topaz Premyer Liqasının VII turunun oyunları zamanı baş verən özbaşınalıqlar müzakirə olunub və buna görə müvafiq cəzalar verilib.

Cəzalananlar sırasında futbolçularla yanaşı məşqçilər də var. Belə ki, “Turan” – “Xəzər- Lənkəran” oyununun fasiləsində “Xəzər Lənkəran” klubunun məşqçisi Zaur Ramazanov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub isə 5000 manat cərimə olunub.

Eyni cəza Sumqayıt klubunu baş məşqçisi Etibar Tanrıverdiyevə də verilib. Çünki məşqçi “Sumqayıt” – “Bakı” matçının 27-ci dəqiqəsində hakimləri təhqir edib.

Qeyd edək ki, “Azal”, “Simurq”, “İnter” klubları da cəza alanlar sırasındadır.