Zavodda partlayış oldu

zavodda-partlayis-oldu
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “Reuters” agentliyi yayıb. Bu gün baş verən partlayışda üçmərtəbəli zavod tamamilə çöküb. Hadisənin baş verdiyi anda zavodda 62 nəfər olub. Patlayış nəticəsində ən azı 10 nəfərin, o cümlədən 10 yaşlı bir oğlanın da həlak olduğu xəbər verilir.

Dağıntılar altından 13 nəfər xilas edilib. Qalanlarının taleyi haqqında məlumat yoxdur. Xilasedicilər dağıntılar altından meyitlərin çıxacağını ehtimal edirlər.

“Pakistan Today” qəzeti isə xəbər verir ki, yaralılardan 8 nəfəri xəstəxanaya çatdırlıb. Qəzein zavodun qarovulçusuna istinadən verdiyi xəbərə görə, partlayış zamanı içəridə 17 nəfər olub.

Zavodun uçması qazın partlaması nəticəsində baş verdiyi olduğu bildirilir.