Zavoddakı partlayışla bağlı iki nazirlikdən açıqlama - Yenilənib

zavoddaki-partlayisla-bagli-iki-nazirlikden-aciqlama
Oxunma sayı: 10093

Fövqəladə Hallar Nazirliyi Bakıda “Radioquraşdırma” zavodu ərazisində baş verən partlayışla bağlı məlumat yayıb.

“Qafqazinfo” nazirliyə istinadən xəbər verir ki, bu gün saat 19:17 dəqiqədə FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.​

***

Faktla bağlı Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Nazirlikdən bildirilib ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.