Zeedorf millidə baş məşqçi, Kluyvert köməkçisi olacaq

zeedorf-millide-bas-mesqci-kluyvert-komekcisi-olacaq
Oxunma sayı: 5320

Kamerun milli komandasının yeni baş məşqçisi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, komandanın “sükanı” hollandiyalı mütəxəssis Klarens Zeedorfa həvalə ediləcək.

Bu barədə Afrika qitəsini təmsil edən ölkənin idman naziri Pyer İsmayıl Bidunq Mpkatt məlumat verib. Onun sözlərinə görə, 42 yaşlı çalışdırıcının köməkçisi Patrik Kluyvert olacaq. Hollandiyalı mütəxəssislərin tezliklə təqdimetmə mərasimi keçiriləcək.

Qeyd edək ki, Zeedorf İtaliyanın “Milan” və Çinin “Şenzen” klublarını çalışdırıb. Onun son iş yeri İspaniyanın “Deportivo” klubu olub.