Zəhərlənmədən ölən Fateh evin tək uşağı imiş... - Foto

zeherlenmeden-olen-fateh-evin-tek-usagi-imis
Oxunma sayı: 5903

Bakıda zəhərlənmədən ölən 10 yaşlı Fateh artıq dəfn olunub.

“Qafqazinfo”nun əməkdaşları bu gün hadisənin baş verdiyi və Fatehin iki gün öncəyə kimi yaşadığı evə baş çəkiblər. Hazırda evdə ailənin iki nəfər yaxın qohumu xırda təmir işləri ilə məşğuldur.

Mərhum Fatehin atası və anasının vəziyyəti yaxşıdır. Onlar xəstəxanaya aparıldıqdan və tibbi müdaxilədən sonra ayılıblar. 

Fatehin nəşi isə ekspertiza olunduqdan sonra ailəsinə təhvil verilib. Əslən Saatlıdan olan ailə yeganə övladlarını dəfn etmək üçün həmin rayona yola düşüb.

Fateh artıq orada dəfn olunub.

Yaxınları bildiriblər ki, azyaşlı Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğam üzrə təhsil alırmış. F.Mərdanzadənin hisə verilmiş məhsuldan zəhərlənərək vəfat etdiyi bildirilir.

Murad Əhməd