Zəhərlənmədən ölən gəncin kimliyi bilindi

zeherlenmeden-olen-gencin-kimliyi-bilindi
Oxunma sayı: 1507

Noyabrın 20-də gecə saat 04 radələrində naməlum şəxs zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Tpksikologiya şöbəsinə yerləşdirilib.

“Qafqazifo”nun verdiyi xəbərə görə, həkimlərin müdaxiləsinə baxmayaraq gənc oğlan vəfat edib. 

Araşdırmalar nətivəsində müəyyən edilib ki, həmin şəxs 1992-ci ildə Rusiyada anadan olan Azərbaycan vətəndaşı Perepelkin Vitaliy Vyaçeslavoviçdir.

Araşdırmalar davam etdirilir.

Murad Əhməd