Zəhra ilə bağlı poster müsabiqəsi başa çatdı

zehra-ile-bagli-poster-musabiqesi-basa-catdi
Oxunma sayı: 638

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmaları nəticəsində nənəsi ilə birlikdə həlak olan 2 yaşlı Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş poster müsabiqəsi başa çatıb. 

“Qafqazinfo” xəbər verir ki, Gənclər Təşkilatları Milli Şurası tərəfindən 22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü ərəfəsində keçirilən müsabiqənin məqsədi hər gün dünyada balaca Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşağın faciə qurbanına çevrildiyini dünyaya çatdırmaqdır. On gün davam edən müsabiqə nəticəsində gənc rəssam və dizaynerlər “Uşaqlar nifrət cinayəti qurbanları kimi” mövzusuna həsr olunan posterlər təqdim ediblər. Təqdim olunan posterlərdən uğurlu olanları seçilərək elektron albom hazırlanıb və Avropa Şurasına üzv ölkələrə, Avropa Şurası Parlament Assambleyasının deputatlarına, insan hüquqları, uşaq hüquqları üzrə fəaliyyət göstərən qurumlara, beynəlxalq gənclər təşkilatlarına göndərilib. “Uşaqlar hədəf deyil!”, “Atəşkəs” “sülh” demək deyil” kimi şüarları altında hazırlanan posterlərlə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür (https://goo.gl/GwMr33).