“Zek” Bakıda ağır cinayət törətdi

zek-bakida-agir-cinayet-toretdi-
Oxunma sayı: 651

“Qafqazinfo”nun Milli.Az-a istinadən verdiyi xəbərə görə,Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi törədilib. 62 yaşlı Aydın Əsədi uşaqlıq dostu olmuş Kamil Əhmədovu qətlə yetirib.

Tutularaq istintaqa verilən A.Əsədi ilkin dindirmə zamanı törətdiyi əməldən peşmanlığını belə ifadə edib: "Əzizimi, dostumu öldürmüşəm. Sanki özümü öldürmüşəm. İşdir də, başıma gəldi. Bir müddət əvvəl oğlumun nişanına Kamili çağırmamışdım. O, buna görə məndən incimişdi. Hadisə baş verən gün birlikdə yeyib-içdik, Kamil incikliyini dilə gətirdi. Elə bundan sonra mübahisə oldu və hadisə baş verdi".

Onu da əlavə edək ki, A.Əsədi 30 ildən artıq həbsxana həyatı yaşayıb. Sonuncu dəfə 2004-cü ildə azadlığa çıxan A.Əsədi əvvəllər oğurluq, quldurluq və digər cinayət əməlləri törətdiyinə görə məhkumluq həyatı yaşayıb.

Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.