Zelenski Ali Radanı ləğv edəcək

zelenski-ali-radani-legv-edecek
Oxunma sayı: 1409

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Ali Radanı ləğv edəcək. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə dövlət başçısnın müşaviri Dmitri Razumkov “1+1” kanalında yayımlanan “Hakimiyyət hüququ” verilişində qonaq olarkən məlumat verib.

O, aparıcının Zelenskinin parlamenti buraxacağı ilə bağlı xəbərə münasibətində “Əlbəttə, bu təşəbbüs olacaq” deyə bildirib.

Müşavirin sözlərinə görə, bunun üçün Radada koalisiyanın olmaması əsas şərtlərdən biridir.

“Eyni zamanda, Vladimir Zelenski  millət vəkillərinin öncədən verdikləri vədlərinin ən azı bir hissəsini yerinə yetirmək üçün onlara kömək etməyə hazırdır”, - deyə Razumkov vurğulayıb.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə əsasən, parlamentdə koalisiya mövcud olarsa, Rada bir ay ərzində iclas etməsə və hökuməti formalaşdıra bilməsə, ləğv edilə bilər.

Konstitusiyaya əsasən, parlamentin ləğvi barədə fərmanı sadəcə prezident imzalaya bilər.  

Xatırladaq ki, Vladimir Zelenskinin inauqurasiya mərasimi 20 mayda keçiriləcək.