Zelenski Baş Qərargah rəisini istefaya göndərdi

zelenski-bas-qerargah-reisini-istefaya-gonderdi
Oxunma sayı: 1613

Ukrayna prezidenti Vladimir Zelenski Baş Qərargah rəisi Viktor Mujenkonu vəzifəsindən kənarlaşdırıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə başçısı fərman imzalayıb. Ujenkonun yerinə Ruslan Xomçak təyin olunub.

Xatırladaq ki, mayın 19-da müdafiə naziri Stepan Poltorak da istefa qərarını açıqlayıb.