Zelenski biznesmen dostunu özünə köməkçi götürdü

zelenski-biznesmen-dostunu-ozune-komekci-goturdu
Oxunma sayı: 2176

Ukrayna prezidenti Vladimir Zelenski biznes-tərəfdaşı Sergey Şefiri özünə ilk köməkçi təyin edib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə fərman prezidentin saytında dərc olunub. 

Bundan əvvəl vəkil Andrey Boqdanın Zelenski administrasiyasının rəhbəri təyin olunduğu bildirilmişdi.