Zelenski dənizdə üzdü, tənqid olundu - Video

zelenski-denizde-uzdu-tenqid-olundu
Oxunma sayı: 5857

Ukrayna Prezidenti Vladimir Zelenski Odessa şəhərinə səfər edib.

“Qafqazinfo”nun “RBC Ukraina”ya istinadən verdiyi xəbərə görə, Qara dəniz sahilində yerləşən şəhərə səfər edən dövlət başçısı çimərliyə gələrək yerli əhalı ilə qısa söhbət etdikdən sonra  Administrasiya rəhbəri Andrey Boqdanov və digər komanda üzvləri ilə birlikdə dənizdə üzüb. 

Zelenskinin bu hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Onun bu davranışını normal qarşılayanlar kimi, tənqid edənlər də az olmayıb.