Zelenski jurnalistlərə kabinetindəki bərbər kürsüsünü göstərdi - Video

zelenski-jurnalistlere-kabinetindeki-berber-kursusunu-gosterdi
Oxunma sayı: 2272

Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlər üçün administrasiyadakı kabinetinə ekskursiya təşkil edib.

“Qafqazinfo”nun “Ukrainskaya pravda”ya istinadən verdiyi xəbərə görə, o, KİV nümayəndələri ilə söhbət edərkən bu cür gəzintilərə qanunla icazə verilib-verilmədiyini bilmədiyini etiraf edib. 

Prezident kabinetində gülməli əşyanın olduğunu deyərək jurnalistləri digər otağa dəvət edib. O, bərbər kürsüsü ilə əl-üz yuyan çanağı göstərərək bu əşyaların ümumiyyətlə administrasiya binasında nə üçün olduğunu anlamadığını bildirib: “Evdə də duş qəbul etmək olar”.