Zelenski keçmiş həmkarlarının keçəlindən öpdü - Video

zelenski-kecmis-hemkarlarinin-kecelinden-opdu
Oxunma sayı: 5578

Ukrayna prezidenti Vladimir Zelenski inauqurasiya mərasimindən əvvəl Ali Radaya təntənəli yürüşü zamanı onu salamlayan insanlarla görüşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskini salamlayanlar arasında keçmiş həmkarları – “Kvartal 95”in aktyorları da olub. Zelenski onları görən kimi gülümsəyib və havaya tullanaraq həmkarlarının keçəlindən öpüb.

Onun bu addımı insanların gülüşünə səbəb olub.