Zelenski Merkellə görüşdü

zelenski-merkelle-gorusdu
Oxunma sayı: 1111

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya bir günlük rəsmi səfər edib.

“Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, o, Almaniyaya ilk səfəri çərçivəsində kansler Angela Merkellə görüşüb. 

Tərəflər ölkələr arasında iqtisadi məsələləri, eləcə də Donbassdakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, V. Zelenski iyunun 17-də Fransaya səfər edərək Prezident Emmanuel Makronla danışıqlar aparıb.