Zelenski özündən əvvəlki prezidentlərin 200 fərmanını ləğv etdi

zelenski-ozunden-evvelki-prezidentlerin-200-fermanini-legv-etdi
Oxunma sayı: 2139

Ukrayna prezidenti Vladimir Zelenski özündən əvvəlki prezidentlərin 200 ədəd fərmanını ləğv edib.

“Qafqazinfo” “TASS”a isitnadən xəbər verir ki, həmin fərmanların siyahısı prezidentin saytında dərc olunub. Zelenskinin sözlərinə görə, bu sənədlər ölkə iqtisadiyyatına mane olurlar.

Ləğv edilən fərmanlar arasında kassalarda işin pozulmasına görə nəzərdə tutulan cərimələr və məktəbli formaların hazırlanması üçün xarici istehsal olan parçalardan istifadənin qadağan edildiyi sənədlər də var.