Zelenski prezident kreslosundan narazı qaldı - Video

zelenski-prezident-kreslosundan-narazi-qaldi
Oxunma sayı: 4098

Ukrayna prezidenti Vladimir Zelenskinin vəzifə başına keçdiyi ilk günün videosu Prezident komandasının rəsmi “YouTube”  kanalında yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə Zelenskinin ilk dəfə kabinetinə daxil olduğu və prezident kreslosuna əyləşdiyi, bu zaman onun qəribə reaksiya göstərdiyi görünür: “Narahatdır”.

Bundan sonra yeni dövlət başçısı mövcud Prezident Administrasiyasının binasından çıxmaq arzusunu dilə gətirib.

Qeyd edək ki, V. Zelenski 20 mayda Ukraynaya rəhbərlik etməyə başlayıb.