Zelenski seçki bülletenini niyə göstərib?

zelenski-secki-bulletenini-niye-gosterib
Oxunma sayı: 1791

Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski polis tərəfindən cərimələnib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, aktyor seçki bülletenini kameralara göstərməsinin səbəbini belə izah edib: “İstiqamətimi çaşdırdım və bülleteni göstərdim. Qanun qanundur. Boynuma alıram, pozmuşam”.

Qeyd edək ki, saat 12:00-a olan "exit-poll" nəticələrinə görə, Zelenski seçicilərin 71,8%-nin, hazırkı prezident Petro Poroşenko isə 28,2%-nin səsini toplayıb.