“Zelenski yaxşı aktyordur” - Putin+Video

zelenski-yaxsi-aktyordur
Oxunma sayı: 2482

“Ümid edirəm ki, nə vaxtsa onunla tanış olacağam. Amma Zelenski əvvəl işlədiyi sahədə çox yaxşı mütəxəssisdir – o, yaxşı aktyordur”.

“Qafqazinfo” life.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum zamanı Ukrayna prezidenti Vladimir Zelenski haqda deyib.

Putinin sözləri zalda gülüş yaradıb. “Mən çox ciddiyəm, amma siz gülürsünüz. Biri var kimisə oynamaq, biri də var özün olmaq. Bunun üçün istedad lazımdır. Dövlət işləri ilə məşğul olmaq üçün isə əlavə keyfiyyətlər vacibdir”, - deyə Putin əlavə edib.