Zelenskinin istefası üçün petisiya başladıldı - Yenilənib

zelenskinin-istefasi-ucun-petisiya-basladildi
Oxunma sayı: 5663

Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin istefası üçün petisiyaya başlanılıb.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sözügedən petisiya Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.

Petisiyanın müəllifi Bezruk Maksimdir. 

Sənədi sutka ərzində 5 mindən çox insan imzalayıb. Rəsmi baxış üçün 90 gün ərzində ən azı 25 min imza toplanmalıdır.

Xatırladaq ki, V. Zelenski 20 maydan Ukraynaya rəhbərlik etməyə başlayıb.

***

Məlumata görə, Zelenskinin istefasını nəzərdə tutan petisiyanı artıq 25 mindən çox insan imzalayıb.