Zelenskiyə uşaq kitabı hədiyyə edildi - “Yeni başlayanlar üçün siyasət”

zelenskiye-usaq-kitabi-hediyye-edildi
Oxunma sayı: 2035

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskiyə “Yeni başlayanlar üçün siyasət” adlı uşaq kitabı hədiyyə edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hədiyyə yeni prezidentə Kiyevdə qatıldığı kitab festivalında verilib.

Qeyd edilir ki, sözügedən kitabda siyasi sistem və ölkə ideologiyası uşaqların başa düşəcəyi formada yazılıb.

Zelenski hədiyyədən heç də narahat olmayıb. O, gülümsəyib və məmnunluq hissi ilə kitabı qəbul edib.