Zəlimxan Yaqubun qəbirüstü abidəsinin açılışı - Fotolar

Zəlimxan Yaqubun qəbirüstü abidəsinin açılışı
Oxunma sayı: 1975

Ötən gün Fəxri xiyabanda xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsinin açılışı keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, mərasimdə millət vəkilləri, elm, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və şairin yaxınları iştirakı edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərindən danışıb:

“Zəlimxan Yaqub Tanrının fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustalarından idi. Tanrı ona başqa bir fitri istedad da – yaddaş da vermişdi. Amma millətin yaddaşında, ədəbiyyat aləmində həmişəlik qalmaq üçün yalnız böyük söz qabiliyyətinə malik olmaq azdır. O, Vətənini, xalqını sevirdi. Dövlətinə sadiq insan idi və bütün bunları yaradıcılığında əks etdirirdi. Zəlimxan Yaqub bütün yaradıcılığı ilə onsuz da abidəyə çevrilmişdi. Bu gün isə abidə formasında yenidən bizə qayıtdı”.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi