Zəlzələ “Beşiktaş”a baha başa gəldi

zelzele-besiktasa-baha-basa-geldi
Oxunma sayı: 652

“Qafqazinfo”nun verdiyi xəbərə görə, buna ötən həftə keçirilən “Beşiktaş” – “Fənərbaxça” oyununda baş verən hadisələr səbəb olub. Belə ki, bu oyunun son dəqiqələrində azarkeşlər şərflərini meydançaya atmışdı. Bu şərflər daha sonra Beşiktaş Bələdiyyəsi tərəfindən toplanıb Van zəlzələsindən əziyyət çəkənlərə göndərilmişdi. Azarkeşlərin bu jesti nizam-intizam qaydalarına zidd hərəkət kimi qeydə alınıb və “Beşiktaş” klubu 20 min TL (türk lirəsi) məbləğində cərimələnib. Oyunda yaşanan xoşagəlməz hadisələr ümumilikdə “Beşiktaş”ı 95 min, “Fənərbaxça”nı 90 min TL ziyana salıb.

Ceyhun Əhmədov