Zəlzələ kimi hesabat

zelzele-kimi-hesabat
Oxunma sayı: 648

Qərargahın koordinatoru Oqtay Gülalıyev rəsmi mənbələrə isnadən şimal rayonları əhatə edən zəlzələ bölgəsində 5939 evə ziyan dəydiyini, 3545 evin sökülərək yenidən tikilməsinə ehtiyac olduğunu bildirib. Hesabat hazırlandıqda zəlzələ bölgəsində olan qurum üzvləri durumun acınacaqlı olduğunu deyiblər.

Hesabatla bağlı qurumun suallarını cavablandıran Fövqəladə Hallar Nazirliyi 28 min evə baxış keçirdiyini, 3545 evin sökülərək yenidən tikilməsinə ehtiyac olduğunu, indiyə kimi 428 evin tikildiyini bildirib. 35 məktəb əvəzinə 6 məktəb tikilib. Daha 9 məktəb tikilmək üzrədir. Ayrılan 320 miyon manat vəsaitin artıq 234 milyon 605 min manatı xərclənib. Zaqatalada evlər ziyan dəyən mülkün həcminə adekvat tikilir, 9 bal zəlzələyə davamlılığa hesablanır.

Hesabatda bu sahədəki pozuntular da əksini tapır. Belə ki, ayrılan vəsaitlərin təyinatdan kənar xərcləndiyi deyilir. Mənimsənilən təqribən 130 milyon manat vəsait Fövqəladə Hallar Nazirliyi və PA-nın vəzifəli şəxsləri və yaxınları üçün Qəbələdə, İsmayıllıda, Lənkəranda və s. imarətlər tikilməsinə xərclənib. “Gilan Holdinq” burada evlərin 1 kv. metrini 500 manata tikir. Bu isə faktiki dövlət vəsaiti hesabına tikilən evi vətəndaşa satmaq deməkdir. Evlərin tikintisinin real dəyəri ilə layihə dəyəri arasında fərqlər var. Real olaraq 20 manata başa gələn 2 otaqlı ev layihədə 25 min manat, 33 min manata başa gələn 3 otaqlı 65 min manat, 52 min manata başa gələn 4 otaqlı 75500 manat, 58 min manata başa gələn 5 otaqlı ev isə 90 min manat göstərilir. Zəlzələ bölgəsində ev tikən podratçı şirkətlərin adları, rəhbərlərinin soyadları açqılanmır. Bu isə qeyri-şəffaflıqdan xəbər verir. Zəlzələ bölgəsində evlərin cəmi 22%-nin tikilməsi müqabilində ayrılan vəsaitlərin 70%-nin xərclənməsi korrupsiya göstəricisi kimi dəyərləndirilib.

2010-cu ildə aran rayonlarında baş verən daşqınların nəticəsi də hesabatda əksini tapıb. Belə ki, bir il öncə Türkiyənin Van bölgəsində baş verən zəlzələnin nəticəsini Türkiyənin 130 milyon manata aradan qaldırdığı vurğulanır. Azərbaycanın isə 430 miylon manat xərcləməsinə baxmayaraq, daşqın bölgəsində hələ də problemlərin qaldığı qeyd edilir. 96 nəfər daşqından zərər çəkən şəxs haqlarını əldə etmək üçün FHN-i məhkəməyə verib.

Qərargah FHN-ə şəffaf fəaliyyət göstərmək, hesabatlı olmaq, vətəndaş cəmiyyəti institutlarının nəzarətini təmin etmək, görülən işlərə dair maliyyə hesabatları hazırlamaq təklifləri də verib