Zəlzələ qurbanlarının sayı 273-ə çatıb

zelzele-qurbanlarinin-sayi-273-e-catib
Oxunma sayı: 658

Meksikada baş verən zəlzələ nəticəsində qurbanların sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Luis Videqaray bildirib.

Onun sözlərinə görə, 273 nəfər güclü zəlzələ nəticəsində həlak olub.

Daha əvvəl bu rəqəmin 251 olduğu bildirilirdi.

Qeyd edək ki, Meksikanın Milli Seysmologiya Mərkəzinin məlumatına əsasan 7,1 bal gücündə zəlzələnin episentri paytaxyt Mexikodan 111 km cənubda yerləşib.