Zəlzələ qurbanlarının sayı 293-ə çatıb

zelzele-qurbanlarinin-sayi-293-e-catib
Oxunma sayı: 856

Meksikada baş verən zəlzələ nəticəsində qurbanların sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın mülki müdafiə qüvvələrinin milli əlaqələndiricisi Luis Felipe Puente bildirib.

Onun sözlərinə görə, 293 nəfər güclü zəlzələ nəticəsində həlak olub.

Daha əvvəl bu rəqəmin 273 olduğu bildirilirdi.

Qeyd edək ki, Meksikanın Milli Seysmologiya Mərkəzinin məlumatına əsasan 7,1 bal gücündə zəlzələnin episentri paytaxyt Mexikodan 111 km cənubda yerləşib.