Zəlzələ qurbanlarının sayı 305-ə çatıb

zelzele-qurbanlarinin-sayi-305-e-catib
Oxunma sayı: 1025

Meksikada baş verən zəlzələ nəticəsində qurbanların sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın mülki müdafiə qüvvələrinin milli əlaqələndiricisi Luis Felipe Puente bildirib.

Onun sözlərinə görə, 305 nəfər güclü zəlzələ nəticəsində həlak olub. Ölənlərin əksəriyyəti (167 nəfər) Mexiko ştatının sakinləridir.

Daha əvvəl bu rəqəmin 291 olduğu bildirilirdi.

Qeyd edək ki, Meksikanın Milli Seysmologiya Mərkəzinin məlumatına əsasan 7,1 bal gücündə zəlzələnin episentri paytaxt Mexikodan 111 km cənubda yerləşib.