Zəlzələdə ölənlərin sayı 407-yə çatdı - Yenilənib

zelzelede-olenlerin-sayi-407-ye-catdi
Oxunma sayı: 4940

İran-İraq sərhədində baş verən 7,3 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 328 nəfər çatıb.

“Qafqazinfo”  İran KİV-nə istinadən xəbər verir ki, 2,5 min insan isə müxtəlif dərəcəli xəsarət alıb. 

Qeyd edək ki, daha əvvəl ölü sayının 200 olduğu açıqlanmışdı.

Ölənlərin sayı 300-ü keçəndən sonra Kirmanşah vilayətində 3 günlük matəm elan edilib. Vilayətdə 70 min insanın evini tərk etdiyi bildirilir. 

***

İranda zəlzələ qurbanlarının sayı 350 oldu. Təxminən 4 min insan yaralıdır. Bu barədə Ria Novosti Qırmızı Aypara Cəmiyyətindəki mənbəsinə istindən məlumat yayıb. 

***

Ölənlərin sayı 372-yə çatıb. Yaralı sayı isə 5,9 min nəfərdir. Onların çoxsunun vəziyyəti ağırdır. Xilasetmə işləri davam etdirilir.

***

İranda ölənlərin sayının 400-ə çatdığı açıqlanıb. Şimali İraqda isə 7 nəfər dağıntılar altında can verib.

Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyə Qırmızı Aypara Cəmiyyəti tərəfindən İraqın Süleymaniyə şəhərinə ərzaq və geyimi yardımı göndərilib.

İran prezidenti Həsən Ruhani bütün şəhərlərə səslənərək Kirmanşah şəhərinə yardım edilməsini istəyib.