Zəlzələdə ölənlərin sayı 436-ya çatıb

zelzelede-olenlerin-sayi-436-ya-catib
Oxunma sayı: 1578

İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 436-ya çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 1,3 mindən çox insan yaralıdır. Onlardan yarısının vəziyyətinin ağır olduğu bildirilir. 

Xatırladaq ki, avqustun 5-də Lombok adasında 7 bal gücündə zəlzələ baş verib. Onun ardınca 5,4 və 4,3 bal gücündə afterşoklar qeydə alınıb.