Zəlzələdə ölənlərin sayı 506 nəfər oldu

zelzelede-olenlerin-sayi-506-nefer-oldu
Oxunma sayı: 1430

Ötən gün İndoneziyanın Lombok adasında baş vermiş iki zəlzələ nəticəsində ölənlərin sayı 506 nəfərə çatıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarəsinin məlumatında deyilir. İdarə rəsmisi Sutopi Purvo Nuqroxo qeyd edib ki, 431 mindən çox insan evini tərk etmək məcburiyytində qalıb.

Zəlzələ nəticəsində 74 mindən çox evə və infrastruktur obyektinə ziyan dəyib.