“Zəlzələdən sonra sökülən 3 evin tikintisi başa çatır”

zelzeleden-sonra-sokulen-3-evin-tikintisi-basa-catir
Oxunma sayı: 1722

“Zəlzələdən sonra sökülən 3 evin tikintisi artıq başa çatmaq üzrədir”. Bu barədə “Qafqazinfo”ya məlumatı Şamaxı rayonunun baş memarı Rüstəm Əliyev verib. O bildirib ki, hazırda bir neçə evin də tikintisinə start verilib:

“Həmin evlərdə bünövrə işlərinə başlanılıb, hörmə işləri aparılır. Bir neçə evin isə sökülməsi ilə bağlı qərar verilib. Sakinlər də təhlükəsiz mənzillərə yerləşdirilib. 

FHN-in komandası fasiləsiz olaraq fəaliyyətini davam etdirir. Getdikcə müraciətlərin sayı artır və bugünkü məlumata görə, 4500 müraciət daxil olub və onların hər birinə baxış keçirilib. Baxış nəticəsində 246 evin qəzalı vəziyyətdə olduğu aşkarlanıb, 1077 evin isə bərpaya ehtiyacı var. 1715 evdə təmir işləri aparılacaq, 1581 ev isə qənaətbəxş hesab edilib.

20 Yanvar küçəsində kommunal mənzillərdən ibarət həyət evləri idi. Sökülməsinə qərar verilib. Orada binanın tikintisinə başlanılacaq. Sözügedən binada sadəcə hazırkı sakinlər yox, həm də sürüşməyə meyilli ərazilərdə yaşayan ailələr də yerləşdiriləcək”.

Rəşad Türkoğlu