Zəlzələyə görə İşçi Qrup yaradıldı

zelzeleye-gore-isci-qrup-yaradildi
Oxunma sayı: 786

Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb. 

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrup sözügedən rayonlara ezam olunub.