Zəm-zəm suyunun hansı sirrləri var?

zem-zem-suyunun-hansi-sirrleri-var
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, qaynağı tapılmayan suyun dənizdən 80 kilometr uzaqda olmasına və ətrafında başqa heç bir quyunun olmamasına baxmayaraq illərdir qurumaması, araşdırmaçıları çaşdırmışdır. Yalnız 1.5 metr dərinlikdəki quyudan həcc mövsümündə milyonlarla hacının bütün su ehtiyacını qarşılayan suyun səviyyəsində də heç bir azalma müşahidə olunmamışdır.

İçənin aclığını və susuzluğunu aradan qaldıran suyun sirri elm adamları tərəfindən hələ də araşdırılır. Avropa laboratoriyalarında aparılan araşdırmalarda zəmzəm suyunun daha az kükürdlü olduğu təsbit edilmişdir.

Amerikada aparılan test yoxlamalarının nəticələrinə görə isə zəmzəm içində mikroorqanizm və bakteriyaları olmayan tək sudur. DST tərəfindən də zəmzəm dünyanın ən içilə bilən və sağlam sularından biri olaraq açıqlanmışdır.

Digər sulara görə daha çox saxlanıla bilən suyun qaynağı hələ də araşdırma mövzusudur. O, yer üzündəki ən xeyirli sudur və yer üzündə ən müqəddəs torpaqdan qaynayan sudur. Xüsusilə qızdırmanın dərmanı hesab edilir. Baş ağrısını aradan qaldırır. Gözün görməsini yaxşılaşdırır.