Zenfira adam vurdu? - Həmin anın videosu

zenfira-adam-vurdu
Oxunma sayı: 10115

Müğənni Zenfira İbrahimovanın başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, sənətçi köməkçisi Aynur Bağırova ilə birgə qəzaya düşüb. 

O, avtomobili idarə edərəkən qarşısına anidən bir gənc çıxıb və müğənni tez əyləci basıb. Hadisə maşının kamerasında əks olunub. 

A. Bağırova həmin görüntüləri instaqram səhifəsində paylaşıb. O, videoya  “Şükür ki, salamatçılıqdır, Allah bizi qorudu” şərhini yazıb. 

***

Sənətçinin prodüseri Aynur Bağırova "Qafqazinfo" açıqlama verərək sözügedən hadisəni bu yaxınlarda efirə gedəcək bir proqram üçün çəkdiklərini bildirib:

"Bu tip veriliş Türkiyədə  də yayımlanır. Zenfira İbrahimovanın bundan xəbəri olmayıb.  Layihənin əməkdaşları mənimlə əlaqə saxlamışdılar. Müğənni üçün səhnə quruldu ki, guya qarşısına adam çıxacaq. Amma Zenfira xanım çox qorxdu və stress keçirdi".