Zənginlər bir günə 114 milyard dollar itirdilər - Marka 3,6 milyardlıq şok

Zənginlər bir günə 114 milyard dollar itirdilər
Oxunma sayı: 1339

Dünyanın 500 zəngin insanı fevralın 5-də ABŞ fond birjalarındakı kəskin ucuzlaşma ilə əlaqədar 114 milyard dollar itiriblər. “Qafqazinfo” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. 

Fond indekslərinin ucuzlaşmasından ən çox “Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffet əziyyət çəkib. Onun sərvəti 5,1 milyard dollar itirdikdən sonra 85 milyard dollara düşüb. 

İkinci yerdə ən böyük itki ilə "Facebook”un qurucusu Mark Zukerberq dayanır. Onun sərvəti 3,6 milyard dollar azalaraq 74,7 milyarda düşüb. Üçüncü sırada isə “Amazon” internet mağazasının sahibi Ceff Bezosdur. Bezos 3,3 milyard dollar itirərək sərvəti 116 milyard dollara düşüb. 

“Google”un  yaradıcıları Larri Peydc və Sergey Brin isə hər biri 2,3 milyard itiriblər. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi