Zənginlərin də həyata keçməyi gözləyən xəyalları olurmuş

zenginlerin-de-heyata-kecmeyi-gozleyen-xeyallari-olurmus
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, bu göstərici 2010-cu ildə 189, 2009-da isə 130 olub. Builki göstəriciyə baxdıqda birinci yeri maşın istehsalçısı olan Sany Heavy Sənayesinin sahibi 55 yaşındakı Liana Wengen tutub. Əvvəllər silah fabriklərindən birinin rəhbəri olan Wengen keçən il siyahıda dördüncü sırada idi. Ötən ilin birincisi Wahaha içki imperatorluğunun sahibi 66 yaşlı Zona Quinahou isə 10,7 milyar dollarlıq sərvəti ilə ikinci sırada yer alır. 1999-cı ildən bəri yayımlanan, ölkənin ən zəngin insanlarının yer aldığı siyahıya bu il internet və əmlak nəhəngləri də girdi.

Bu qədər sərvətləri olmasına baxmayaraq Çinli milyarderlərin tək ortaq arzuları varkı o da başqa ölkədə yaşamaqdır. Bəs nə üçün millyaderlər bunu istəyir? Cavabı çox asandı və birmənalıdır. Sərvətlərin qorumaq və ikinci uşağa sahib ola bilmək üçün saxta pasportlarla xaricdə yatırım edirlər. İqtisadi azadlığa baxmayaraq hökümət gündəlik həyatda çox ciddi qaydalar tətbiq edir. “China Merchants Bankı”ın 15 milyon dollar qədər sərvəti olan 20 min Çinli ilə apardığı araşdırmaya görə sorğuda iştirak edənlərin yüzdə 27-si sərvəti başqa ölkəyə aparııb, 47-i isə hələ aparıb aparmamaq haqqında düşünür.

Aynur