Zərdaba 2 milyon ayrıldı

zerdaba-2-milyon-ayrildi
Oxunma sayı: 646

“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi xəbərə görə, Zərdab şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin və Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Zərdab Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.