Zərdabda “avtoş” həbs edildi - Video

zerdabda-avtos-hebs-edildi
Oxunma sayı: 1753

Zərdab rayonunda avtoxuliqanlıq edən şəxsi polis son  anda saxlaya bilib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun dördyol adlanan ərazisində qeydə alınıb.   Rayon sakini 32 yaşlı Bağırov Natiq Ramiz oğlu idarə etdiyi “VAZ 2106” markalı 61-BC-113 dövlət qeydiyyat nömrəli  minik maşını ilə insanlar çox olduğu ərazidə avtoxuliqanlıq edib. Dərhal Zərdab rayon Yol Patrul əməkdaşları tərəfindən sürücü saxlanılaraq polis şöbəsinə gətirilib. Sürücü barəsində rayon məhkəməsinin qərarı 15 gün inzibati həbs verilib.

Qeyd edək ki N.Bağırov bundan əvvəl 6 il həbs həyatı yaşayıb.

Rəşad Türkoğlu