Zərdabda bir evdən 9, digərindən 2 minlik qızıl oğurlandı

zerdabda-bir-evden-9-digerinden-2-minlik-qizil-ogurlandi
Oxunma sayı: 1131

Zərdabda iki oğuluq hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisənin biri rayon mərkəzində digəri isə rayonun Məlikli kəndində baş verib.

Zərdab rayon sakini Rəsulova Mehriban DİN-in 102 xidmətinə zəng edərək və ərizə ilə  Zərdab RPŞ-nə müraciət edərək həmin günü saat 21 radələrində yaşadığı ünvana gələrkən evindən 9850 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal Zərdab RPŞ-nin   əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluğu Zərdab rayon sakini zərərçəkənin qonşusu İsmayılzadə Azad Ağaisa oğlu törədib.

Həmin tarixdə Mehriban Rəsulovanın əmlakının oğurlanması faktına görə Cinayət Məcəlləsinin  177.2.3 və 177.2.4-cü maddələrilə cinayət işi başlanıb. 

RPŞ-nin əməkdaşları tərəfindən qızıl zinət əşyaları maddi sübut kimi götürülmüş və təqsirləndirilən Azad İsmayılzadənin digər analoji cinayət törədib-törətməməsi araşdırılır. 
Bundan başqa martın 20-də Zərdab rayon Məlikli kənd sakini Cavanşir Teymurlu DİN-nin 102 zəng xidmətinə məlumat verərək qardaşının evindən 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini zərərçəkənin qardaşı Cahangir Teymurlu saxlanılıb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Rəşad Türkoğlu