Zərdabda “Daş yuxular” müzakirə olundu

zerdabda-das-yuxular-muzakire-olundu
Oxunma sayı: 634

Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorundan “Qafqainfo”ya daxil olan məlumata görə, icra başçısı Lütvəli Babayev görüşdə ötən il respublikada və rayonda görülən işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib, 7 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Zərdaba səfəri, səfərdən sonra imzaladığı sərəncam bir daha minnətdarlıq hissi ilə xatırlanıb.

Görüşdə həmçinin mədəniyyət işçiləri tərəfindən ötən il görülən işlər, həyata keçirilən çoxsaylı və rəngarəng müxtəlif mədəni-kütləvi tədbirlər razılıqla vurğulanmış və 2013-cü ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı zərdablıların 90 min ədəd ağac əkmək təşəbbüsü mədəniyyət işçiləri tərəfindən də razılıqla qarşılanmış və onlar bu işdə fəal iştirak edəcəklərini bildiriblər.

Çıxışlarda həmçinin İsmayıllı hadisələri qətiyyətlə pislənilib, ölkəmizdə və rayonumuzdakı ictimai-siyasi sabitlik yüksək qiymətləndirilib, dağıdıcı müxalifətin hüquqazidd əməlləri qətiyyətlə pislənilib.

Görüşdə həmçinin yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə münasibət bildirilib və Əkrəm Əylislinin “xalq yazıçısı” adını daşımağa mənəvi haqqının olmadığı vurğulanıb.