Zərdabda evdən oğurluq edən 2 qadın tutuldu

zerdabda-evden-ogurluq-eden-2-qadin-tutuldu
Oxunma sayı: 1476

Zərdabda evdən xeyli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5840 manat, 1600 ABŞ dolları, 500 rubl (14 manat) və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Xəzəl Bəkirova və Nazlı Mahmudova saxlanılıblar.