Zərdabda qadınlar konfrans üçün toplandı

zerdabda-qadinlar-konfrans-ucun-toplandi
Oxunma sayı: 659

“Qafqazinfo” xəbər verir ki, konfransda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Azərbaycan qadının mərd və mübarizliyindən, sədaqətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıb: “Azərbaycan qadını öz iradəsi, mənəvi saflığı və etibarı ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayır”.

Daha sonra Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Pərvin Mahmudova “Dövlət qadın siyasətinin həyata keçirilməsi barədə” mövzusunda geniş məruzə ilə çıxış edib.

Azərbaycan qadınlarının 20-ci əsrdə çox mühüm inkişaf yolu keçdiyini diqqətə çatdıran millət vəkili Jalə Əliyeva isə vurğulayıb ki, Azərbaycan tarixində qadın probleminin dövlət səviyyəsində qaldırılması Heydər Əliyevin adı ilə bağlıdır.

Konfransda Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül Həsənova, Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnar Məhərrəmova, Zərdab şəhər 1 saylı məktəb-liseyin ibtidai sinif müəllimi, “Əməkdar müəllim”, Zərdab Rayon Mərkəzi Xəstəxanasının mama-ginekologiya şöbəsinin müdiri Südabə İsmayılova, YAP rayon təşkilatının qadınlar şurasının sədri Minəgül Əliyeva, Qaz İstismar Sahəsinin mütəxəssisi Gülnarə Namazova da çıxış edib.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına fəxri fərmanlar təqdim edilib və Azərbaycan qadınlarının 4-cü Qurultayına nümayəndələr seçilib.