Zərdabda qəza, 1 ölü

zerdabda-qeza-1-olu
Oxunma sayı: 1251

Zərdab rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iyunun 21-də saat 10 radələrində Zərdab rayonunun Burunlu kəndi ərazisində rayon sakini Nurlan Məhərrəmovun idarə etdiyi “VAZ-2107” və Mingəçevir şəhər sakini Rakif Yunusovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub. Nəticədə R.Yunusov hadisə yerində ölüb, xəsarət alan 2 sərnişini, habelə N.Məhərrəmov xəstəxanaya yerləşdirilib. Zərdab RPŞ tərəfindən araşdırma aparılır.