Zərdabinin nəvəsini işdən çıxardılar

zerdabinin-nevesini-isden-cixardilar-
Oxunma sayı: 644

Gunxeber.com-a saytına R.Zərdabi işdən çıxarılması ilə bağlı açıqlama verib. Onun sözlərinə görə baş verənlər onun bir pedaqoq kimi təhlis müəssisəsinin korrpusiya şəbəkərində iştirakdan imtinasıdır.

“Dövlət rəhbəri İlham Əliyevə müraciət etmişəm. 29 il calışdığım Mədəniyyət və İncəsənət Universitetindən rüşvət alıb onları yedirdə bilmədiyim ücün və xarici ölkədə yaşayan tələbəyə imtahanda iştirak etmədiyi halda qiymət yazmaqdan imtina etdiyim ücün işdən ayrılmağım məsləhət görüldü. Artıq rüşvətxor bir universitetin müəllimi deyiləm.


Həsən Bəy Zərdabinin doğum günündə işdən ayrılmağım haqda əmri aldım.
Mən hərdən ailəmin bu dövlətin qarşısındakı xidmətlərinə görə onlara hirslənirəm.
Niyə siz də hamı kimi yaşamadınız? İlyas Əfəndiyevin rüşvətxor oğlu Teymurcin Əfəndiyev kimi alimliyi pulla satmadınız? Kafedra müdirim, guya professor İlqar Hüseynov kimi dərs saatını pulla müəllimlərə vermədiniz? Zəmanə onların zəmanəsidir, quldurların və haram yeyənlərin”.

İşindən uzaqlaşdırılması ilə əlaqədar Türkiyədə bir çox ziyalı Rəbiyyə xanımın müdafiəsinə qalxıb. “Yeni çağ” qəzetinin köşə yazarı Mustafa Aslan, Ömər Faruq Beyçəoğlu (Türkiyənin Fikir Sənət və Ədəbiyyatda Törə dərgisinin baş redaktoru) dövlət başçısı İlham Əliyevə müraciət imzalaraq Azərbaycan mədəniyyətinin ölkədən kənarda təbliğatında böyük işlər görən insanın işdən qovulmasına etirazlarını ifadə ediblər.