Zərəçəkənlər tikinti şirkətinə qarşı aksiya keçirəcəklər

zerecekenler-tikinti-sirketine-qarsi-aksiya-kecirecekler-
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, aksiya iştirakçıları “Kamran” MMC adlı tikinti şirkətinin rəhbəri tərəfindən aldanan vətəndaşlardır. Aksiyanın dekabrın 21-də keçirilicəyi planlaşdırılıb.

“Kamran” MMC tikinti şirkəti 2008-ci ildən hələ tikintisi başlamayan evləri kağız üzərində sataraq, müştərilərə evin 2 ilə təhvil veriləcəyini bildiriblər. Ancaq indiyədək heç bir mənzil sahibinə təhvil verilməyib. Hətta kağız üzərində satılan eyni mənzillərin bir neçə sahibi üzə çıxıb.